Anaların məktəbə gedən uşaqlara hər gün deməli olduğu 9 CÜMLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi bu gündən etibarən dərs ili açıq elan olundu. 15 sentyabr Bilik Günü xüsusilə övladlarını birinci sinfə yola salan valideynlər üçün daha əlamətdar və həyəcanlıdır
 

Məlum olduğu kimi bu gündən etibarən dərs ili açıq elan olundu. 15 sentyabr Bilik Günü xüsusilə övladlarını birinci sinfə yola salan valideynlər üçün daha əlamətdar və həyəcanlıdır. Birinci sinfə gedən uşaqların valideynləri üçün ən mühüm məsələ uşağın məktəbə psixoloji və emosiolnal hazırlığıdır.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar birinci sinfə gedən uşaqların valideynlərinə hər gün onlara sevdiyini deməyi məsləhət görüb. Mütəxəssislərin sözlərinə görə, uşaqlarınıza qurduğunuz hər cümlə, hər bir mimika onların inkişaflarına, dərsdə uğur qazanmasına və ümumi dünyagörüşünə təsir edir. Bu dünyada heç nə uşağın xoşbəxtliyindən daha əhəmiyyətli deyil. Odur ki, ona hər gün sevdiyinizi və inandığınızı mütləq söyləyin.

Sənə güvənirəm.

Sən güclüsən, qətiyyən vaz keçmə.

Məktbədə günün necə keçdi?

Mən sənin yanındayam.

Səninlə fəxr edirəm.

Hər şey daha gözəl olacaq.

Mənə kömək etdiyin üçün təşəkkür edirəm.

Nə etmək istəyirsən?

Səni sevirəm.