ANALARIN DİQQƏTİNƏ! PEDİTARDAN MÜHÜM TÖVSİYƏ GƏLDİbackend

ANALARIN DİQQƏTİNƏ! PEDİTARDAN MÜHÜM TÖVSİYƏ GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Analar birdəfəlik uşaq bezlərinin rahat olmasına görə onlardan geniş istifadə edirlər. Bu uşaq bezlərinin içi nəmliyi özünə çəkən xüsusi materialdan hazırlanıb. Bezlərdən istifadə etdikdə dəri quru qalır, buna görə də bişməcələrin sıxlığı aşağı düşür. Lakin bəzi məqamlara diqqət etmək lazımdır”.

Bu barədə Tribunainfo.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, bezlər vaxtı-vaxtında dəyişdirilməlidir. Gün ərzində təxminən 6-8 dəfə ola bilər:

“Pampers uşağın çəkisinə uyğun olmalıdır. Bezlə bədən arasında bir barmaq kimi məsafə olmalıdır. Hər bezi dəyişərkən bir neçə dəqiqə uşağı çılpaq saxlamaq lazımdır. Belə bir fikir var ki, bezlər uşaqlar üçün, ələxüsus da, oğlan uşaqları üçün zərərlidir. Qeyd edək ki, bezlərin düzgün istifadəsinə əməl etmədikdə istiliyin qalxması uşaqlara mənfi təsir edə bilər. Yəni fasiləsiz bezlərin istifadəsi həm sidik yollarının iltihabına, həm də sidik və nəcis ifrazı refkekslərin formalaşmasına mənfi təsir göstərir. Ona görə 1-1,5 yaşdan sonra bezlərin istifadəsini azaltmaq olar, yəni gecə yuxusunda olarkən, havada gəzintidə olarkən istifadə edib digər vaxtlarda da nəzarət edilə bilər”.

Pediatr bildirib ki, uşağın temperaturu 38 dərəcə olduqda bezdən istifadə edilməməlidir.