backend

Anaları öldürülən uşaqlara dövlət sahib çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə və Zərdabda ailə məişət zorakılığı zəminində anaları qətlə yetirilən uşaqlara dövlət sahib çıxıb. 

Qəbələdə və Zərdabda ailə məişət zorakılığı zəminində anaları qətlə yetirilən uşaqlara dövlət sahib çıxıb.


TİA.AZ  xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova AzVision.az-a deyib ki, Zərdabda anaları qətlə yetirilən 3 azyaşlı uşaq dövlətin himayəsindədir.

“Həmin uşaqlar sənədləri hazırlanandan sonra Gəncə SOS-a yerləşdiriləcək”.

Komitə rəsmisi əlavə edib ki, Qəbələdə ailə-məişət zorakılığı zəminində baş verən qətl zamanı kimsəsiz qalan uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcək.

“Onların dövlətə verilməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı yerli icra hakimiyyətindəki monitorinq qrupuna öz tövsiyyəmizi bildirmişik. Ola bilsin ki, ata və ananın qohumları arasında mübahisələr davam edir və bundan da uşaqlar əziyyət çəkir. Hesab edirəm ki, yaxın vaxtlarda komissiya bununla bağlı yekun qərar verəcək”.

T.İbrahimova bildirib ki, uşaqların dövlət müəssisələrinə verilməsində problemlər yaşanır: “Buna səbəb qız evinin məsələyə müdaxiləsidir. Ailələr arasında konflikt yaşanır. Uşaqlar ata evində normal mühitdə yaşaya bilərlər. Nənə və babanın vəziyyəti yaxşıdır. Qız evi tələb edir ki, uşaqlar onlardan alınıb, dövlət müəssisəsinə yerləşdirilsin. Qətlə yetirilən gəlinin qohumları uşaqlardan imtina edirlər, ata evində qalmasına da razı deyillər”.

Qeyd edək ki, oktyabr ayında Zərdab və Qəbələdə iki qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.