Anadan QANDONDURAN cinayət: 40 günlük körpəsini…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 40 günlük körpəsini dənizə ataraq öldürən Fatma K. adlı ana və birlikdə yaşadığı qeyri-rəsmi həyat yoldaşı Mustafa T. məhkəmə qarşısına çıxarılıb. 

Türkiyədə 40 günlük körpəsini dənizə ataraq öldürən Fatma K. adlı ana və birlikdə yaşadığı qeyri-rəsmi həyat yoldaşı Mustafa T. məhkəmə qarşısına çıxarılıb.

TIA.AZ xəbər verir ki, cinayətkar ana 2015-ci ildən bəri birlikdə yaşadığı Mustafanın ona şiddət göstərdiyini və uşağın ölməsini də onun istəyi olduğunu bildirib:

“Körpənin 40-cı günü olduğu üçün bacımgilə getmişdim. Evə qayıtdıqdan sonra Mustafa ilə dalaşmağa başladıq. Mənə “üzünə vurmayacam, çünki yeri bəlli olur” dedi və bədənimə vurmağa başladı. Sonra uşağı əlimdən alıb divanın üstünə atdı. Uşağı öldürməyimi istədi. Cəsarət etmədim. Mənə pul verdi. O, işə getdikdən sonra evdən çıxdım və dənizə getdim. Bir az düşündükdən sonra körpəni dənizə atdım.”

Uşağın atası isə anasının verdiyi ifadənin tam əksini deyib. O bildirib ki, evin kirayəsini ödəməsi üçün Fatmaya pul verib və uşağı öpərək evdən çıxıb. Fatma ilə aralarında heç bir problem olmadığını deyən Mustafa “uşağımın öldüyünü polislər evimizə gələndə öyrəndim” deyib.

Məhkəmə Mustafanın sərbəst buraxılmasına qərar verib. Cinayəti törədən Fatmanın məhkəmə işi isə davam edir.