Ana yeni doğduğu körpəsini 3-cü mərtəbədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada qan donduran hadisə baş verib. 35 yaşlı qadın medianın gündəminə çevrilib. 

Ankarada qan donduran hadisə baş verib. 35 yaşlı qadın medianın gündəminə çevrilib.

TİA.AZ xəbər verir ki, 3 uşaq anası olan 35 yaşlı D.Nuranə evinin tualetində tək başına dünyaya gətirdiyi körpəsini 3-cü mərtəbədən aşağı atıb: “Uşaq doğulanda ağlamadı. Sağ olub-olmadığını belə bilmədim. Ona görə də tullayanda ölüb- ölməyəcəyi barədə düşünmədim”.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ilkin yardım göstərdikdən sonra körpəni xəstəxanaya aparıb. Uşağın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

35 yaşlı qadın polis tərəfindən saxlanılıb.

Ankara Baş Prokurorluğunda hadisə ilə bağlı istintaq başladılıb.