Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ”Xəzər Xəbər” bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. Məlum olub ki, hadisə baş verməmişdən əvvəl qətlə yetirilən uşaqlar qonşulardan kömək istəyiblər. Bu arada, Daxili İşlər Nazirliyi qətldən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə gedən əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.
TİA.AZ xəbər verir ki, qonşular Hədiyyə Bayramova və Şəbnəm Qurbanso4y ”Xəzər Xəbər”ə deyiblər ki, qətl baş verməmişdən öncə mənzildən səs-küy gəldiyi üçün onlar qapıya yaxınlaşıblar.Ancaq qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Hədiyyə Bayramovanın sözlərinə görə,o,mənzildə olan uşaqlara kömək etmək məqsədi ilə onlarla danışıb.Ancaq bir neçə dəqiqədən sonra qapının arxasından uşaqlar ,dərslərindən qeyri-kafi qiymət aldığı üçün atası tərəfindən döyüldüklərini və qonşulara çıxıb getmələrini bildiriblər.Məsələnin şübhəli olduğunu görən qonşular dərhal polisə məlumat veriblər..Əraziyə gələn polis əməkdaşları həmin mənzilə yaxınlaşıblar.Cəhd etsələr də qapını açan olmayıb.
Digər qonşu Şəbnəm Qurbansoy binaya qətldən əvvəl polislərin gəldiyini iddia edib.
Bu arada Daxili İşlər Nazirliyindən ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.Qurumun Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb.
Bu gün mərhumların hər üçü Sabirabadın Ulacalı kəndində dəfn ediliblər.
Qeyd edək ki, Qətldə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.