İspan ana Maria del Karmen Qarsiya 1998-ci ildə qızına təcavüz edən Antonio Kosmeni yandırıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, 9,5 il həbs cəzası alan Qarsiyanın müddəti 5,5 ilə endirilib.
Onun cəzası 2011-ci ildə təxirə salınıb, 2013-cü ildə yenidən həbs edilib, 2018-ci ildə azadlığa çıxıb.
Hadisə İspaniyada ədliyyə sistemi və qurbanların hüquqları ilə bağlı müzakirələrə səbəb olub.
Qızını zorlayanı yandıraraq öldürən ana öz əli ilə ədalətə qovuşmağa çalışdığı üçün ağır bədəl ödədi.
13 yaşlı qızı Veronikanı zorlayan qonşuları Antonio Cosme ilə 2005-ci ildə həbsxanadan istirahət günündə rastlaşdıqda qəzəblənib. Kosmenin təkəbbürlü davranışından və qızının vəziyyətini soruşandan sonra Qarsiya Kosmeni barda benzinlə yandırıb.
Bədəninin böyük hissəsi yanan Kosme xəstəxanada dünyasını dəyişib. Qarsiya deyib ki, onun niyyəti öldürmək deyil, sadəcə qorxutmaq və yaralamaq olub.