Ana özünü və iki övladını qatarın altına atdı – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirin Zəyəm qəsəbəsində Pərvanə Mahmudovanın iki azyaşlı uşağı ilə birlikdə intihar etməsinin təfərrüatı məlum olub.  

Şəmkirin Zəyəm qəsəbəsində Pərvanə Mahmudovanın iki azyaşlı uşağı ilə birlikdə intihar etməsinin təfərrüatı məlum olub.

Qəsəbə icra nümayəndəsi Elçin Abbasovun Publika.az-a verdiyi məlumata görə, P.Mahmudova həyat yoldaşının bibisi ilə mübahisə edəndən sonra evdən gedib və intihar edib:

“Onun həyat yoldaşı Nəsrəddin Mahmudov yük maşını sürücüsüdür. Dünən evdə olmayıb. Pərvanə Mahmudova ərinin bibisi Dursun Mahmudova ilə mübahisə edib. Mübahisədən sonra o iki uşağını da götürərək evdən çıxıb. Qəsəbədən keçən dəmir yol xəttinin yanına gəlib. Uşaqları ilə birlikdə özünü qatarın altına atıb. Ərinin bibisi orta yaşlı qadındır, o, Nəsrəddini uşaq vaxtından övladlığa götürüb. Pərvanə ilə də aralarında heç zaman problem olmayıb. Həm Pərvanə, həm də həyat yoldaşı yaxşı insanlardır. Onun nə üçün belə bir addım atması şübhəlidir. Qızı hələ 9 aylıq idi”.

E.Abbasov deyir ki, qadının intihar etdiyi yer dəmir yolunun polis nəzarətindən kənar hissəsidir:

“Həmin ərazi qəsəbədən kənardır. O dəmir yolunun qəsəbə hissəsində olsaydı, orada polis nəzarət etdiyindən, bəlkə də, qadına mane olardı”.

P.Mahmudova özü ilə birlikdə iki azyaşlı uşağını – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudovanı da qatarın altına atıb.

***

Bu gün axşam saatlarında Qazaxdan Bakıya gələn qatar 3 nəfərin həyatına son qoyub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb və hər üçü dünyasını dəyişib.

Qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub