Gənc ana iki övladını boğub öldürdü. Tükürpədici hadisə Türkiyədə baş verib. Gənc ana iki övladını boğub öldürdü. Tükürpədici hadisə Türkiyədə baş verib.
TİA.AZ-ın verdiyi məlumata görə, hadisə həftəsonu olub.
26 yaşlı Xədicə T. 5 yaşlı oğlu Məhəmməd və 6 aylıq qızı Rabiəni yastıqla boğub. Daha sonra qohumlarından birinə zəng edərək bu barədə məlumat verib. Evə gələn yaxınları uşaqların cansız bədənləri ilə qarşılaşıblar. Onlar dərhal polisə zəng edib.
Qadın uşaqlarını boğaraq öldürdüyünü etiraf etsə də, bunun səbəbini açıqlamayıb. Gənc ana polis tərəfindən tutulub.
Qonşuların sözlərinə görə, ailənin heç bir problemi, o cümlədən maddi sıxıntısı olmayıb. Qadının əsəb böhranı keçirdiyi üçün övladlarını öldürdüyü ehtimal edilir.