Orduda 28 yaşlı Bilgə Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürərək fındıq bağında basdırıb.
Tribunainfo.az Sabah-a istinadən xəbər verir ki, qatil anaya ömürlük həbs cəzası verilib.
Apellyasiya məhkəməsi də hökmlə bağlı qərarını açıqlayıb.
Nəzarətə alınan Çapa dindirilməsi zamanı körpəsini yaşadıqları evin arxasındakı fındıq bağında basdırdığını etiraf edib. Bağçada aparılan axtarış zamanı 2 günlük olduğu müəyyən edilən körpənin meyiti tapılıb. Polis bölməsindəki əməliyyatlardan sonra Bilgə Çapa “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.