AMULSAR MƏDƏNİ PAŞİNYANI RÜŞVƏTLƏ RAZI SALDI…backend

AMULSAR MƏDƏNİ PAŞİNYANI RÜŞVƏTLƏ RAZI SALDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amulsar mədəninin Paşinyan tərəfindən istismara verilməsi bu hökumətin korrupsioner olmasının göstəricisidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O bildirib ki, dünənə qədər Amulsar yatağında işlərin aparılmasına icazə verməyən və oturaq aksiya keçirən eko aktivistlər bu dəfə siyasi hakimiyyətin özü tərəfindən susdurulub:

“Belə ki, yatağın istismarına qarşı fəal çıxış edən aktivistlərə “Lydian Armenia” şirkəti tərəfindən pay verilib. Gizli anlaşmadan sonra bu günlərdə məlum olub ki, Paşinyan hökuməti Amulsar yatağının istismarına icazəni “Lydian Armenia” tərəfindən 12.5 % payı almasından sonra verib. Qeyd edim ki, bu, Ermənistan hakimiyyətinin ilk belə təcrübəsi deyil. Bundan qabaq oxşar ssenari Zəngəzur molibden yatağı ilə bağlı da edilmişdi. Həmin müəssisə ilə bağlı səs – küy yaradan hakimiyyət 15 % səhmi əlinə aldıqdan sonra istismara icazə vermişdi”.

Politoloq bildirib ki, ilk baxışdan mövcud qərarların sırf Ermənistanın daxili məsələsi olduğu təəsüratı yaransa da, əslində reallıq belə deyil:

“İş burasındadır ki, Amulsar yatağının işlənməsi Göyçə gölünün onsuz da yaxşı olmayan vəziyyətini daha da korlayacaq. Məsələ burasındadır ki, Amulsar yatağının istismarı zamanı ətrafdakı çayların suları zəhətləndiriləcək, nəticədə kimyəvi axıntı çaylar vasitəsilə qədim Azərbaycan gölünə töküləcək”.