İslam dininə və müsəlmanlara qarşı sərt fikirləri ilə tanınan Hollandiyanın Azadlıq partiyasının sədri, 1998-ci ildən bəri Hollandiya parlamentinin deputatı Geert Vilders baş nazir seçilərsə, paytaxt Amsterdam şəhərini respublika elan edə bilər.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Amsterdam şəhər bələdiyyəsinin sədr müavini Kajsa Ollongren bəyan edib.
O deyib ki, Geert Vilders Amsterdamı Hollandiyadan ayıraraq “muxtar respublika” etməyə çalışır: “Qarşıdan gələn seçkilərdə namizəd olan Geert Vildersin baş nazir seçilmək şansları da çoxdur. Düşünürəm ki, əgər o, baş nazir olsa, Amsterdam respublika ola bilər”.