“Azərsu” ASC ilə bağı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, ASC ilə bağlı məhkəmədə iddianı “AMK-Yasamal” Mənzil Tikinti Kooperativi qaldırıb. İşin mahiyyəti maliyyə sanksiyaları, cərimələrin tutulması üzrə mübahisədir. MTK ona yazılan cərimələri haqsız hesab etdiyi üçün məhkəməyə müraciət edib.
İş Bakı Kommersiya Məhkəməsindədir. Prosesə 20 iyun tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar