Amilidən növbəti həyasızlıq

Amilidən növbəti həyasızlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Ərdəbildə keçirilmiş məlum “tədbir”dən sonra İrandakı imam cümələri Xaməneinin  bu şəhərdəki nümayəndəsi Həsən Amilini dəstəkləməyə başlayıblar. Tribunainfo.az xəbər verir ki, onlar həmin toplantıda Azərbaycana qarşı əxlaqsız hərəkətə haqq qazandırıblar.

İSNA Agentliyinin yaydığı xəbərə görə, Həsən Amili öz hərəkətlərindən utanmaq yerinə, həyasızcasına ona dəstək verənlərə təşəkkür məktubu yazıb. “Son bir neçə gündə bizə xeyirxahlıq və mərhəmət göstərən bütün əzizlərimə ürəkdən minnətdarlığımı və hörmətimi çatdırıram. Bu təşəkürümü bütün vilayət sakinlərinə, müxtəlif şəhərlərdən camaata, azəri və qeyri-azəri vilayətlərinin əhalisinin müxtəlif təbəqələrinə, xüsusən də hörmətli Təbriz sakinlərinə çatdırıram”.

Qeyd edək ki, Həsən Amili ilk dəfə deyil Azərbaycan əleyhinə bu cür çıxışlar və hərəkətlər edib. Onun mütəmadi olaraq Azərbaycanı hədəfə alması isə birbaşa Tehrandan gələn təlimat əsasında baş tutub. Elə bu səbəbdəndir ki, rəsmi Bakı İrana nota verərək, Amilinin vəzifəsindən uzaqlaşdırılması və cəzalandırılmasını tələb edib.