AMERİKANIN ƏN DƏLİQANLI PREZİDENTİ QAYIDIR…? TRAMP SÜRƏTLƏ İRƏLİLƏYİRbackend

AMERİKANIN ƏN DƏLİQANLI PREZİDENTİ QAYIDIR…? TRAMP SÜRƏTLƏ İRƏLİLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 45-ci prezidenti Donald Trampın reytinqi artmaqda davam edir. Tramp prezident Baydenlə mübarizəyə hazırlaşır. Trampı sərt çıxışları yenidən məşhurlaşdırıb. Tramp sadə amerikalıların eşitmək istədiklərini deyir. Misal üçün Tramp deyir ki, o prezident olarsa Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvan ələ keçirə bilməyəcək.

Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, Amerikada prezident seçkisi yaxnlaşdıqca Tramp fəallığını daha da artıracaq:

“Ağ Evin hazırki sahibi Co Baydenin reytinqi yüksək deyil. Baydenin fiziki halı və çıxışları zamanı səhvləri amerikalıları narahat edir. Ona görə də gələcək seçkidə Trampın şansları yüksək sayıla bilər. Trampa mane ola biləcək amillərdən biri ona qarşı hər hansı məhkəmə çəkişməsi ola bilər. Ancaq Tramp bu kimi sınaqlardan uğurla çıxa bilən siyasətçidir. Amerika tarixində adətən bir dəfə prezident olan sonrakı illərdə iddiasını ortaya qoymur. Özü də Tramp prezidentliyini davam etdirmək üçün rəqibi Baydenə məğlub olub. Buna baxmayaraq, Tramp ənənəvi siyasətçilərdən deyil və gələcək mübarizəyə köklənib”.