“Amerikan büro of şippinq”in Azərbaycandakı nümayəndəliyi cərimələnir

“Amerikan büro of şippinq”in Azərbaycandakı nümayəndəliyi cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerikan büro of şippinq”in Azərbaycandakı nümayəndəliyinə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-ci (Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.