ABŞ-da aparılan bir araşdırma, Amerikalıların yarısından çoxunun min dollarlıq (təxminən 1750 AZN) belə əmanətinin olmadığını ortaya qoydu.
ABŞ-da aparılan bir araşdırma, Amerikalıların yarısından çoxunun min dollarlıq (təxminən 1750 AZN) belə əmanətinin olmadığını ortaya qoydu.
ABŞ-da maliyyə üzrə xidmət şirkəti Gobankingratesin 8 min nəfərlə apardığı araşdırma, Amerikalıların 57 faizinin bankdakı əmanət hesablarında min dollarının belə olmadığını göstərdi.
Şirkətin əvvəlki illərdəki araşdırmalarına görə, sözügedən nisbət 2015-ci ildə 62 faiz, 2016-cı ildə isə il isə 69 faiz səviyyəsində olub.
Tədqiqatda həmçinin amerikalıların 39 faizinin əmanət hesablarında heç pulunun olmaması diqqəti çəkib.
Şirkətdən bildiriblər ki, əmanət hesablarında pulu olmayan amerikalıların böyük hissəsinin 18-34 yaş arasındakı qrupda olduğu vurğulanaraq, əmanət hesablarında ən azı 10 min dollar olan şəxslərin böyük əksəriyyətinin 65 yaş və üstündəki yaş qrupunda olduğu qeyd edilib.
Buna görə, 18-24 yaş qrupundakı insanların 46 faizinin əmanət hesablarında heç pul yoxdur, 65 yaş və üstündəki vətəndaşların 30 faizinin əmanət hesablarında ən azı 10 min dollar var.
Qadınlar daha az qənaət edirlər
Araşdırma həmçinin ABŞ-da qadınların kişilərə görə daha az əmanətinin olduğunu ortaya qoydu.
Amerikalı qadınların 41 faizinin əmanət hesablarında pul yoxdur və 20 faizinin isə hesablarında 10 min dolların üzərində pulun olduğu görüldü.
Açıqlamada, müəyyən iş qruplarında qadınlar və kişilər arasında məşğulluq baxımından bərabərliolmadığı vurğulanaraq, qadınların kişilərə görə iş həyatında daha az maaş almağa davam etdiyi məlumatına da yer verilib.
Mənbə: Fortuneturkey