Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində azı 4 nəfər ölüb, daha 3-ü isə yaralanıb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler məlumat verib.

“Yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb”, – deyə o bildirib.

Şerif əlavə edib ki, şübhəli qadın güllə yarasından ölüb.