Amerika Yəhudiləri Təşkilatı BƏYANAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Yəhudiləri Təşkilatının  Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov ermənilər tərəfindən qətlə yetirilən  iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva  haqqında bəyanat yayıb. 

Amerika Yəhudiləri Təşkilatının  Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov ermənilər tərəfindən qətlə yetirilən  iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva  haqqında bəyanat yayıb.

Göndərilən bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan  öz mənfur siyasətindən əl çəkmir.

“Gunahsız şəkildə qətlə yetirilən Zəhranın timsalında görünür ki, işğalçı Ermənistan üçün körpə, yaşlı fərq etmir. Biz Amerika Yəhudiləri təşkilatı olaraq bu terroru lənətləyirik. Ermənistanı işğala son qoymağa çağırırıq.  Amerika Yəhudiləri Təşkilatı  və bütün yəhudilər adından bildiririk ki, hər zaman Azərbaycan xalqının və dövlətinin yanındayıq.

 Şəhidlərə Allahdan rəhmət diləyirəm!”