AMERİKA ƏSGƏRLƏRİ MÜHARİBƏYƏ CƏLB OLUNACAQ? – AÇIQ TƏHDİD

AMERİKA ƏSGƏRLƏRİ MÜHARİBƏYƏ CƏLB OLUNACAQ? – AÇIQ TƏHDİD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Livan sərhədində artan gərginlikdən sonra yeni cəbhə ilə bağlı narahatlıqlar artır. Bu narahatlıq tez-tez İsrailə dəstəyini ifadə edən ABŞ-a da sirayət edib. Vaşinqtonda bağlı qapılar arxasında nə danışılır…

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumları davam etdikcə, Vaşinqtonda müharibənin yayılacağına dair narahatlıq hakim olmağa başladı.

ABŞ rəsmiləri və xarici siyasət ekspertləri İsrailin əməliyyatlarının daha geniş münaqişəyə səbəb olacağından, müharibənin Livana yayılacağından və potensial olaraq Amerika əsgərlərini münaqişəyə cəlb edəcəyindən narahatdırlar.

Bayden administrasiyasının rəsmilərinin İsrailin Livanda döyüşmək üçün Amerikadan hərbi yardım istəyə biləcəyi ilə bağlı narahatlığını dilə gətirib.

Sözügedən xəbərdə belə bir vəziyyətin İranla qarşıdurmaya səbəb ola biləcəyi vurğulanıb.