Ərədbilin imam cüməsi Həsən Ameli yenə sarsaq açıqlama verərək, Azərbaycanı ittiham edib.
Tribunainfo.az “Hamshahri Online” saytına istinadən xəbər verir ki, o, Azərbaycan tərəfinin ABŞ perzidenti Donald Tramp haqqında xoş söz deməsini “qəbul edilməz” adlandırıb.
Ameli bildirib ki, Azərbaycan dövləti dəfələrlə “İran azərbaycanlılarını” (Güney Azərbaycan əhalisini) öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edib. “Azərbaycan dövlətinin Trampı çox bəlağətli və heyrətamiz şəkildə tərifləməsi İran azərbaycanlılarının ürəyini dağlayıb”.
O iddia edib ki, guya, rəsmi Bakı bu addımı ilə “Azərbaycan xalqını təhqir edib”. “Biz Azərbaycanı öz xalqını bu şəkildə “təhqir edəcəyini” gözləmirdik. Azərbaycan dövləti bilsin ki, bir gün Amerika hökuməti yox, məhz İran azərbaycanlıları Azərbaycan Respublikasının çağırışına səs verəcək”.
P.S. Ameli çoxdanın sarsağıdır. Elə fikirləri də bu sarsaqlığından irəli gəlir.
Fərda Uğur