Ameli manqurt və şarlatandır – Bakıdan Tehran nökərinə reaksiya

Ameli manqurt və şarlatandır – Bakıdan Tehran nökərinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ameli gedib Suriyadan qaçan ordusunun dərdini çəksin. Rusiya olmasaydı, biabır olacaqdılar. Putin dedi ki, ruslar 4 min iranlı hərbçini Tehrana aparıb. Ona görə bu şarlatanın Azərbaycana dil uzatmağa mənəvi haqqı yoxdur. Onun dilini qoparmaq bizə borc olsun”. Bu fikirləri Tribunainfo.az-a siyasi ekspert, prezidentliyə keçmiş namizəd Fuad Əliyev deyib.

Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli ilk dəfə deyil ki, Azərbaycan dövlətinə, xalqına və rəhbərinə qarşı çıxış edir: “Onun bundan qabaq da təhdid xarakterli, təhqiramiz nitqləri olub. Bu adam, manqurtdur. Ameli rejimin nökrəridir. Azərbaycanlı olmaqla deyil ki, manqurtlaşıb. Cənubi Azərbaycan, Ərdəbil adına ləkədir. Ameli kimi rejimin kölələri öz milli kimliyini unudaraq Azərbaycana hücuma keçir. Ancaq onu kimilərinin sözləri özünə nifrət, qəzəb artırır. Bu adam bilməlidir ki, aldığı sifarişi yerinə yetirməklə iki dövlətin əlaqələrinə zərər vurur. Prezident Pezeşkian bir təbrizli balası kimi buna reaksiya verməlidir”.
Qeyd edək ki, yanvarın 1-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı, 29 dekabr 2024–cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
“Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

Nail