AMEA 8,6 milyon manatlıq poliqrafiya malları alır

AMEA 8,6 milyon manatlıq poliqrafiya malları alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tribunainfo.az
xəbər verir ki, müsabiqənin qalibi “Halal-P” MMC (VÖEN – 1700184421) olub.
Qeyd edək ki, “Elm” nəşriyyatı “Halal-P” MMC-dən 2025-ci il üçün nəşriyyat-mətbəə (poliqrafiya) malları alacaq və qarşılığında 8 milyon 628 min 462 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 8,6 milyon manatlıq tenderin qalibi olan “Halal-P” MMC 20 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin qanuni təmsilçisi Cəfərova Səbinə Namət qızıdır.

Yeniavaz.com