AMB “Azər-Türk Bank”a icrası məcburi sərəncam verdi

AMB “Azər-Türk Bank”a icrası məcburi sərəncam verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, “Azər-Türk Bank” ASC tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndininə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar leverec əmsalını 4 faizdən az olmayan səviyyədə saxlamalıdır.