Kanadalı elm adamlarının yeni araşdırması, Alzheimer xəstəsi olan bir ataya sahib olmanın xəstəliyin inkişaf riskini artıra biləcəyini müəyyən edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Alzheimer xəstəliyinin qadınlarda daha çox olduğu uzun müddətdir düşünülürdü. Lakin bu yaxınlarda aparılan bir araşdırma, ataları Alzheimer xəstəsi olan uşaqların beyində tau adlı zəhərli zülalın yayılmasına daha çox meylli olduğunu göstərib.
Atası Alzheimer xəstəliyi olan insanlar beyində tau proteininin yayılmasına daha həssasdırlar. Bunu McGill Universitetindən bir qrup ortaya çıxarıb.
Araşdırmada ailəsində Alzheimer xəstəliyi olan, lakin yaddaş və düşüncə problemi olmayan orta yaş 68 olan 243 nəfər araşdırılıb.
İştirakçılar beyin skanları və yaddaş və düşüncə testlərindən keçiblər. Yeddi illik təqibdən sonra 71 iştirakçıda Alzheimer xəstəliyinin ilkin əlaməti olan yüngül koqnitiv pozğunluq aşkar edilib.
Atalarında Alzheimer xəstəsi olan insanların beynində daha çox tau proteininin yayıldığı müşahidə edilib. Bununla belə, alimlər bu vəziyyətin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğunu vurğulayıblar.
Dəniz Pənahova