“Altun Kabel” məcburi auditdən yayındıbackend

“Altun Kabel” məcburi auditdən yayındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Altun Kabel” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədlinin icraatındadır.

Qeyd: MMC-ni bundan əvvəl Gömrük Komitəsi cərimələyib.