Türkiyədə və Azərbaycanda kifayət qədər sevilən müğənni Mabel Matiz layiq görüldüyü Altın Kelebek mükafatını satışa çıxarıb.Tribunainfo.az Türkiyə saytlarına istinadən xəbər verir ki, müğənni ona verilən Altın Kelebek kubokunu satış-elan saytına yerləşdirib. Məlumatı sahibindən satılıq Altın Kelebek adı ilə paylaşıb. Elanda isə bu sözlər qeyd edilib:
“Sadəcə bir dəfə ələ alınıb. Alındığı gündən qutuda saxlanılır. Cızığı belə yoxdur”.
Müğənninin mükafata qoyduğu qiymət isə gülüş doğurub. O Altın Kelebek mükafatı üçün 5 TL qiymət müəyyən edib. Bu, Azərbaycan manatı ilə heç 1 qəpik də etmir.