“ALTILI MASA”DA GƏRGİNLİK… SEÇKİYƏ QƏDƏR İTTİFAQ QALMAZ…backend

“ALTILI MASA”DA GƏRGİNLİK… SEÇKİYƏ QƏDƏR İTTİFAQ QALMAZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Altılı masa” Ərdoğanın qarşısına çıxaracaqları vahid namizədi müəyyən etmək üçün toplandıqları 12-ci görüşdə də konkret nəticə əldə edə bilmədi: yazılı açıqlamada “namizədin” müəyyən edildiyi və martın 6-da açıqlanacağı qeyd olunur; Hərçənd, masada fikir ayrılığının olduğu haqda da məlumatlar var, xüsusilə namizəd olmaq istəyən Kılıçdaroğluna qarşı Akşener dirəniş göstərir. CHP-lilərin açıqlamaları müəyyən edilən, lakin hələ də gizli saxlanılan “vahid namizədin” Kılıçdaroğlu olduğu yönündədir, İYİ partiya mənsubları isə görüşdən sonra “millət 5-dən böyükdür” sözləri ilə razılaşmadıqlarının mesajını verirlər.Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı danışıb. Onun sözlərinə görə, Merel Akşenerin Fox Tv-yə son müsahibəsi də göstərdi ki, CHP və İYİ partiya arasındakı gərginlik seçki öncəsi müxalifətin ittifaqına təsir edəcək:

“Hətta ayrılığın olacağı gözləntiləri də var. Bu mənzərə ən çox Ərdoğanın xeyrinədir. Türkiyə seçicisində isə “altı adam öz aralarında seçim edə bilmir, ölkəni necə idarə edəcəklər” rəyi güclənir”.