Bakı Kommersiya Məhkəməsində “CRM Construction” MMC-nin “AltesPlaza Group” MMC-yə qarşı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.
Qeyd: “CRM Construction” MMC “AltesPlaza Group” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.