ALTERNATİV YOLUN BAĞLANMASI BAKI-İRƏVAN RAZILAŞMASIDIR…? QARABAĞ ERMƏNİLƏRİ DEYİR Kİ…backend

ALTERNATİV YOLUN BAĞLANMASI BAKI-İRƏVAN RAZILAŞMASIDIR…? QARABAĞ ERMƏNİLƏRİ DEYİR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ “Artsax” Bakının Qarabağı Ermənistanla birləşdirən alternativ yolu nəzarətə götürməsini Bakı-İrəvan, daha dəqiq desək, Paşinyan-Əliyev razılaşmasının təzahürü kimi qiymətləndirirlər. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nikol Paşinyan son dövrlərdə Azərbaycanın soyqırım siyasətindən danışsa da, o, iki ölkə arasında sülh müqaviləsinin olacağını tez-tez dilə gətirir. O, bunu ötən həftə hökumətin iclasında da deyib. Sülh müqaviləsinin imzalanması isə Praqa razılaşmasına görə, Qarabağın Azərbaycanın bir hissəsi kimi de-yure tanınması deməkdir.

Tribunainfo.az-ın məlumatına görə, bu fikirlərlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli çıxış edib. Onun fikrincə, Qarabağdan olan ermənilər hesab edirlər ki, Nikol Paşinyan Ermənistanla sonuncu yolu bağlamaqla öz hakimiyyətini sığortalamağa çalışır ki, o, sakitcə müqaviləni imzalasın, Qarabağ erməniləri İrəvana axın edə bilməsin. Hakimiyyət bu axının doğura biləcəyi nəticələrdən sığortalansın:

“Qarabağ ermənilərinin iddiasına görə, yol müqavilə imzalanandan bir müddət sonra yenidən açılacaq. Lakin onlar məhdud sayda insanların getməsinə icazə verəcəklər və o vaxta qədər Qarabağdan mühacirət edənlər üçün sosial proqramlar həyata keçiriləcək. Ermənistan bu yolla vətəndaşlığı olmayan “Artsax” sakinlərinin qəzəbini azaltmağa çalışacaq.
Bəs Rusiya tərəfi bütün bu oyunlarda niyə iştirak edir? Axı, Qarabağın ermənisizləşdirilməsi Rusiya kontingentinin Cənubi Qafqazdan çıxarılması demək olacaq: “Əgər tərəflərdən ikisi bunun əleyhinə deyilsə, üçüncü tərəf həmin vəziyyətə uyğunlaşacaq. Bundan başqa, Qarabağın ermənilərdən təmizlənməsi bir-iki günün işi deyil””.