“Alternativ xidmət iqtisadiyyata töhvələr verə bilər” – Açıqlamabackend

“Alternativ xidmət iqtisadiyyata töhvələr verə bilər” – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Geniş yayılan təcrübəyə istinad edərək, orduda alternativ xidmət institutunu formlaşadırmaq mümkündür. İndiki şəraitdə bu imkandan yararlanmaq olar. Sadəcə, bunun üçün əsas qanunvericilik formalaşdırılmalıdır. Alternativ xidmətin normativ hüquqi bazası yaradılmadan bu istiqamətdə hansısa addım atmaq qeyri-mümkündür”.
Bu fikirləri Bakupost.az -a millət vəkili Elşad Mirbəşiroğlu söyləyib.
O bildirib ki, alternativ xidmət institutunun mövcud olduğu ölkələrin təcrübəsinə diqqət yetirsək, görərik ki, bu xidmət növü kifayət qədər ciddi töhvələr verə bilər:
“Həyat fəaliyyətinin müxtəlif sahələrində hərbi xidmətin əvəzinə, hər hansı bir əmək fəaliyyəti ilə məşğul olub, həmin sahənin inkişafına töhvə vermək gələcək inkişaf, həmçinin insan kapitalının, ayrı-ayrı həyat fəaliyyəti sahələrinin inkişafı üçün kifayət qədər təsirli ola bilər. Alternativ xidmətin özünəməxsus tərəfləri var. Dünya təcrübəsindən də məlumdur ki, alternativ xidmət real hərbi xidmətdən daha uzun sürür.
Bu xidmət Azərbaycanın bölgələrinin işçi qüvvəsi ilə təmin olunmasında da təsirli rol oynaya bilər. Hansısa bir rayonda bu və digər sahədə peşəkarlar, işçi qüvvəsi çatışmır. Alternativ xidmətlə ayrı-ayrı regionlarda əmək bazarına olan tələbatı daha səmərəli, hədəfə yönəlmiş səviyyədə ödəmək, gerçəkşdirmək olar. Həqiqi hərbi xidmət əvəzinə alternativ xidməti seçən insanlar fəaliyyət istiqaməti üzrə daha ciddi bacarıqlara yiyələnmək istəyəcəklər. Həm də o xidməti keçən zaman onlarda istər-istəməz vərdiş və bacarıqlar formalaşacaq. Bütün hallarda alternativ xidmət həm bütövlükdə cəmiyyət üçün, həm də ölkə iqtisadiyyatı üçün töhvələr verə bilər”.