Altay Göyüşovla Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırıldı

Altay Göyüşovla Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdə yaşayan Altay Göyüşov və Vaqif Allahverdiyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.

Tribuna  xəbər verir ki, bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.

Altay Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə-eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), Vaqif Allahveriyev isə 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə-eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlar istintaqdan qaçıb gizləndiklərindən barələrində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarış elan edilib.

Təqsirləndirilən şəxslər hər ikisi noyabrın 21-i Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağırılıblar.

Onlara xəbərdarlıq edilir ki, çağırışa gəlmədikləri halda barələrində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarları çıxarıla bilər.