“Alov qüllələri”nin sürüşmə təhlükəsi varmı?

“Alov qüllələri”nin sürüşmə təhlükəsi varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Alov qüllələri”nin (“Flame towers”) yerləşdiyi ərazinin sürüşmə təhlükəsi yoxdur.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə vəziyyət stabildir:

“Həmin ərazi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır”.

Qeyd edək ki, bir sıra KİV-də “Alov qüllələri” binalar kompleksinin Bayıl yamacındakı sürüşmə sahəsi yaxınlığında yerləşdiyi üçün sürüşə biləcəyi ilə bağlı informasiya yayılıb.