Xəbər verdiyimiz kimi Almaz Ələsgərova telejurnalist Xoşqədəm Hidayətqızının “Bizə Danış” verilişinin qonağı olsa da, əməkdar artisti birinci reklam fasiləsindən sonra proqramda görən olmayıb.
Xəbər verdiyimiz kimi Almaz Ələsgərova telejurnalist Xoşqədəm Hidayətqızının “Bizə Danış” verilişinin qonağı olsa da, əməkdar artisti birinci reklam fasiləsindən sonra proqramda görən olmayıb.
Almaz Ələsgərova gördüyü hörmətsizlik üzündən verilişi tərk etdiyini bildirib:
“Təxminən 5 dəqiqə verilişə gecikdim. Amma gördüm ki, artıq mənim əyləşməli olduğum qonaq kürsüsündə artıq kimisə otuzdurublar. Bu zaman Xoşqədəm mənim adımı səsləndirdi. Ona hörmət əlamət olaraq səhnəyə çıxdım. Məni şikayətçilərin əyləşdiyi yerdə otuzdurdular. Reklam fasiləsi oldu. Gördüm mənə görə söz-söhbət başlayıb. Burda oturması düzgün deyil, öz yerində oturmalıdır. Mənim yerimdə əyləşən xanımı da qaldıra bilmirlər. Bunu görüb mən orada qala bilərəm? Elə sakitcə durdum və studiyanı tərk etdim”.
İfaçı bildirib ki, geri dönməsi üçün ona dəfələrlə zəng ediblər:
“Xoşqədəmin komandası dəfələrlə zəng etdi ki, qayıdın. Mən ora qayıtsaydım, özümə hörmətsizlik etmiş olardım. Mən 35 ilin sənətkarıyam. Mən uşağam? Bu nə hörmətsizlikdir? Sən Xoşqədəm, bilirsən mən kiməm? Mən efir acı deyiləm! Əgər məni çağırmısansa, yerimi də boş saxlamalı idin. Nə tez 5 dəqiqəyə adam tapıb yerimdə otuzdurdun? Uşağam mən? Qoy yerim boş qalardı, amma sözünü canlı yayımda üzümə deyərdi. Mən bunu qəbul edərdim. Haqq etmiş olardı. Tıxac idi 5 dəqiqə gecikdim. Bunların mənə etdiklərinə bir baxın. Ayıb olsun! 35 ilə yaxındır mən səhnədəyəm, əməkdar artistəm ilk dəfə özümə qarşı belə hörmətsizlik gördüm”.