Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.
XİN rəhbərinin sözlərinə görə, Almatıda aparılan danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq.
Ceyhun Bayramov açıq qalan məsələlərdə həll yolları tapmaq üçün növbəti iki gün ərzində məhsuldar işləməyi bacaracaqlarına əminliyini ifadə edib.
Qeyd edək ki, hazırda XİN rəhbərlərinin görüşü davam edir.