ALMANYA UKRAYNAYA KASET SURSATLARININ GÖNDƏRİLMƏSİNƏ QARŞI ÇIXDI

ALMANYA UKRAYNAYA KASET SURSATLARININ GÖNDƏRİLMƏSİNƏ QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib ki, Almaniya Ukraynaya kaset bombası göndərilməsinin əleyhinədir.

Tribunainfo.az xəbər verir ki, bu açıqlama ABŞ rəsmilərinin Vaşinqtonun Kiyevi kaset sursatları ilə təmin etməyi planlaşdırdığını söylədikdən bir gün sonra verildi.

Vyanada keçirilən iqlim konfransında ABŞ rəsmilərinin şərh istəməsi üzərinə Burbok, “Mən medianın xəbərlərini izləyirəm. İştirakçı dövlət olaraq Oslo razılaşması bizə aiddir” deyib.

Xatırladaq ki, ötən gün Amerika mətbuatında ABŞ-ın tezliklə Ukraynaya kaset sursatlarının təhvil verilməsinə razılıq verə biləcəyi barədə xəbərlər yayılıb. İyulun 6-da qərarın Baydenə aid olduğu bildirildi.

“Washington Post” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya kaset bombalarının verilməsini təsdiqləyib. İddialara görə, onların Pentaqonun ehtiyatlarından çıxarılması bu gün, iyulun 7-də açıqlanacaq.