ALMANLAR ÜÇÜN DİN ƏHƏMİYYƏTSİZDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki


TİA.AZ Türkiyənin “Cumhuriyyət” saytına istinadən bildirir ki, almanların böyük əksəriyyəti üçün din və inancın heç bir əhəmiyyəti yoxdur. 


TİA.AZ Türkiyənin “Cumhuriyyət” saytına istinadən bildirir ki, almanların böyük əksəriyyəti üçün din və inancın heç bir əhəmiyyəti yoxdur.


 Ölkənin dövlət kanalı olan ARD -ın apardığı Almaniyanın Trendi adlı (DeutschlandTrend) araşdırmaya görə, xalqın 63%-nin fikrincə din və inancın əhəmiyyəti həyatlarında qətiyyəti göstərmir.

Araşdırmaya qatılanların 27% -i “dinin heç bir əhəmiyyəti yox” deyərkən, iştirakçıların 36 %-i isə “dinin təsirinin çox az” olduğunu qeyd edir. İnancın özləri baxımından “əhəmiyyətli” olduğunu müdafiə edənlərin nisbəti 29 % olarkən, “çox vacib” deyənlər 8 % səviyyəsindədir.

Araşdırmaya görə, Almaniyada qadın və kişilər üçün inancın və dinin əhəmiyyətində də fərqlilik göstəricisi var. Belə ki, qadınlar 46%-i “inancın özləri baxımından əhəmiyyətli olduğunu” qeyd edərkən, kişilərdə bu nisbət 28 % səviyyəsində qalır. Almaniyanın şərqi ilə qərbi arasında da din və inanc baxımından fərq var. Dinin vacib olduğunu deyənlərin nisbəti qərbdə 41, şərqdə isə 21% səviyyəsindədir.

İlahə