UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer 04” klubunun qonağı olacaq “Qarabağ”a 1200 bilet ayrılıb.
Bu barədə “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, qarşılaşma üçün azərbaycanlı azarkeşlərin müraciətlərinin çox olduğunu söyləyib: “Biletlər 15 avrodan satışa çıxarılacaq. Həmyerlilərimiz görüşün başlamasına 3 saat qalmış stadiondan biletləri əldə edə bilərlər”.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq “Bayer 04” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.