Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.
TİA.AZ-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.