Almaniyanın ən kiçik qəsri satılır – Hər kvadrat üçün 41300 avro (FOTO)backend

Almaniyanın ən kiçik qəsri satılır – Hər kvadrat üçün 41300 avro (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyanın ən kiçik qəsri satılır və hər kvadrat metr üçün 41300 avroya tələb olunur.
Qaynarinfo “Bild”ə istinadən xəbər verir ki, qəsri 1887-ci ildə poçt işçisi Albert Henneberq miras olaraq alıb və həyat yoldaşı Marianın arzusunu həyata keçirib.
Binanın ümumi sahəsi cəmi 46 kvadratmetrdir və iki otaqlıdır. Son sahibi 1986-cı ildə vəfat edib. O vaxtdan bəri qəsr memarlıq abidəsi kimi qorunur.
Sənədlərə görə bağ evi olduğu üçün orada yaşamaq qadağandır. Toy kimi tədbirlərdə istifadə olunur. Son 10 ildə ora 60 mindən çox ziyarətçi gəlib.
Mini-qalanın ümumi qiyməti 1,9 milyon avro və ya hər kvadratmetr üçün 41 300 avro təşkil edir. Bina ilə birlikdə 3000 kv.m olan və ekzotik ağaclar olan park da satılır.
Potensial alıcılar qalanı ictimaiyyət üçün açıq saxlamağa davam etməli olacaqlar.