backend

Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayı 3 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçlərində diplomatlar və türk hərbçiləri də var

İçlərində diplomatlar və türk hərbçiləri də var

Almaniyanın «Spiegel» jurnalı ölkədən sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayının ötən illə müqayisədə 3 dəfə artdığını yazır. 

Həm də Almaniyaya müraciət edən türkiyəlilərin 80%-i kürdlərdir.

Jurnalın rəsmi mənbələrdən aldığı məlumata görə, 2016-cı ilin yanvarından bəri Türkiyədən Almaniyaya 5 min 200 müraciət gəlib. Müraciətləri göndərənlərin 4 minindən çoxu kürdəsilli olduğunu bildirib. Keçən il bu rəqəm 1.8 min olub.

«Spiegel» yazır ki, duruma səbəb Türkiyədə 15 iyul hadisələrindən – çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatlarıdır. Hökumət çevrilişə cəhddə ittiham etdiyi müxalifətçilərlə yanaşı, PKK terror təşkilatıyla əlbirliyində günahlandırdığı kürd fəallarını da həbsə atır. Ölkədə bir-birinin ardınca baş verən terror hücumlarına görə məsuliyyəti kürd yaraqlılarının üzərinə götürməsi kürdəsilli əhalinin durumunu daha da ağırlaşdırıb.

Təkcə keçən həftə Türkiyənin Daxili İşlər Nazirliyi kürd terror qruplaşmasıyla əlaqədə şübhəli bilinən 500 nəfərin tutulduğunu elan edib. Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşları arasında Ərdoğan rejiminə qarşı çıxan türk diplomatları və Almaniyanın NATO-ya məxsus Ramştayn bazasında çalışan onlarla türk hərbçisi də var. Türkiyədən qaçqın axınının artmasına baxmayaraq, Türkiyə özü bu yaxınlarda Yaxın Şərqdə münaqişələrdən qaçan 3 milyon miqranta sığınacaq verib. (Azadlıq radiosu)

TİA.AZ