Türkiyə ilə Avropa Birliyi (AB) arasında imzalanan miqrant razılaşması pozularsa, bunun çətinliyini Yunanıstan çəkəcək.
Türkiyə ilə Avropa Birliyi (AB) arasında imzalanan miqrant razılaşması pozularsa, bunun çətinliyini Yunanıstan çəkəcək.
TİA.AZ xəbər verir ki, bu açıqlama ilə Almaniya Xarici İşlər naziri Siqmar Qabriel çıxış edib.
Afinada jurnalistlərə danışan XİN rəhbəri bildirib ki, Türkiyə ilə bütün əlaqə kanalları açıq saxlanılmalıdır:
“Türkiyə yaxın zamanda AB-yə üzv olan deyil. Lakin nə olursa-olsun əlaqəni kəsməməliyik. Miqrant razılaşması Türkiyənin mənafeyinədir. Lakin bu razılıqla bağlı hər hansı anlaşılmazlıqlar yaranarsa, bu, Yunanıstanın zərərinə olacaq”.