Almaniyada yaşayan azərbaycanlı tərəfindən ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.Bu barədə TİA.AZ-a Almaniyada yaşayan soydaşımız tərəfindən məlumat verilib. Saydaşımızın verdiyi məlumata görə Almaniyada fəaliyyət göstərən Ermənistan səfirliyinin çətiri altında özünü qondarma qondarma”Dağlıq Qarabağ Respublikasının”(Arsaq) daimi nümayəndəsi elan etmiş Harutyun Qriqoryan 16.02.2016-cı il tarıxındə saat 19:30-da Almaniyanın Mainz şəhərində ( bu şəhərdə yerləşən erməni dərnəyinin əli ilə) yerləşən evangelist kilsəsində tanınmayan respublikasının tanıtımı ilə bağlı siyasi tədbir planlaşdırmışdı.
Bu tədbiri Vatikanın nəzarəti altında olan kilsənin keçirilməsi ilə bərabər,həm dini ,həm də də siyasi tədbir kimi keçirilməsi nəzərdə tutulurdu. Bu barədə xəbər tutan , Almaniyada yaşayan,keçmiş jurnalist,içtimai fəal Sarvan Rizvanov 2-3 gün kilsə rəhbərliyi ilə danışıqlar aparıb.“
Sarvan Rizvanov Mainz şəhərində yerləşən Avropanın ən qədim kilsəsinin rəhbəri cənab Maskus ilə üç gün əvvəl görüşüb , bu məsələ ilə bağlı onunla ətraflı müzakirə aparıb. BMT-nin, Almaniya parlamentinin və kanslerinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını kilsə rəhbərliyinin diqqətinə çatdırıb.
Eyni zamanda Almaniya dövlətinin qanunlarına zidd olaraq kilsənin siyasi bir tədbirə ev sahibliyi etməsinin yolverilməz hesab etməsini və bu problemin hüquq müstəvisinə çıxacağına qeyd edib. Kilsə rəhbərliyinə bildirilib ki,əgər bu tədbir keçirilsə, bu o demək olacaq ki,Almaniya separatizmi dəstəkləyir və bununla onlar nəinki siyasi səhv etmiş olacaq,həmçinin hüquqi yanlışlıq etmiş olacaq.
Bu danışıqdan sonra kilsənin rəhbəri onu görüşə dəvət edib və bildirib ki, “sizin təklifinizi və müzakirəmizdə səslənən fikirləri üstün tutub ermənilərin tədbirini ləğv etdik”.
Həmin tədbirin ləğvi ilə bağlı hətta həmin erməni cəmiyyətinin feysbuk səhifəsində almanca məlumat da yayılıb.Bu böyük uğurdur.Xaricdə yaşayan hər bir soydaşımızdan xahiş edirəm erməni fəallığına qarşı mübarizə aparsınlar,çünki bu Azərbaycan üçün çox önəmlidir”.