Almaniyada inflyasiya, mənzil qıtlığı və ukraynalılar səbəbindən kirayə qiymətləri kəskin artıb. Bəzi bölgələrdə kirayə haqqı əvvəlki kimi qalacaq, bəzilərində isə ən yüksək artım 6 faiz olacaq. Ölkədə şəhərdən kəndə köç başladı.
Tribunainfo.az SABAH xəbər agentliyinə istinadən bildirir ki, Almaniyanın hakim Sosial Demokrat Partiyası (SPD) yüksək mənzil kirayələri ilə mübarizə aparmaq üçün ölkə daxilində üç illik kirayə endirimləri təklif etməyə hazırlaşır.
Almaniyada mənzil bazarında Ukrayna müharibəsindən əvvəl də təchizat problemi var idi. O vaxtdan bəri ərzaq və enerji qiymətlərinin artımı sürətlə davam etsə də, 1 milyona yaxın ukraynalı qaçqının gəlməsi mövcud mənzil fonduna daha çox təzyiq göstərib. Faiz dərəcələrinin artması ilə mənzil tikintisi daha bahalaşıb. Ölkədə son araşdırma 2023-cü ildə 700.000 mənzil çatışmazlığının olduğunu ortaya qoydu. Ümumi istehlak qiymətləri inflyasiyası iyul ayına qədər 6,2 faiz, avro zonasında isə orta hesabla 5,3 faiz təşkil edib. Bəzi şəhərlərdə kirayə artımı yüzdə 18-ə çatır.