Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, fırtına yaxınlaşdıqca restoranın müştərilərinin əksəriyyəti sığınacaq axtarmağa tələsib.
Tribunainfo.az xəbər verir ki, Almaniyada , Ştutqart yaxınlığında bir nəfər ildırım vurması nəticəsində ölüb. Onun 35 yaşı var idi və faciə turist restoranının pivə bağında baş verib.
İldırım vurması nəticəsində daha iki nəfər xəsarət alıb. 11 yaşlı oğlan və 43 yaşlı qadın xəstəxanaya çatdırılıb.
Daha iki uşaq qorxuya düşüb və şokdan müalicə olunub. Polisin məlumatına görə, onlar təbii fəlakət zamanı velosiped qoşqusunda olublar.