backend

Almaniyada niqab geyinilməsi məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamentinin aşağı palatası niqab geyinilməsini məhdudlaşdırılmasını nəzərdə tutan tədbirləri təsdiqləyib. 

Almaniya parlamentinin aşağı palatası niqab geyinilməsini məhdudlaşdırılmasını nəzərdə tutan tədbirləri təsdiqləyib.


TİA.AZ  “qafqazinfo”-ya istinadən xəbər verir ki, sənəd dövlət işçiləri, hakimlər və hərbçilərə niqab, burka kimi baş geyimlərinin iş zamanı taxılmasını qadağan edir.  

Qanun, həmçinin şəxsiyyətin  yoxlanılması zamanı qadınların üzlərini göstərməsini tələb edir. Sənəd yuxarı palata- Bundesrat tərəfindən də təsdiqlənməlidir. 

Əgər qanun təsdiqini taparsa, Almaniya niqab və burqanı qadağan və ya qismən qadağan edən beşinci avropa ölkəsi olacaq.

Qeyd edək ki, bu qadağalar Fransa, Belçika, Niderland və Bolqarıstanda keçərlidir.