Ötən ilin payızında Almaniyada keçirilən seçkilərdən sonra nəhayət ki, koalisiya höküməti barədə razılıq əldə edilib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Sosial Demokratlar Partiyası Angela Merkelin rəhbərlik etdiyi Xristian Birlik Partiyası ilə razılığa gəlib. SDP daha əvvəl koalisiya qərarının partiya daxilində səsverməyə çıxarılacağını demişdi.
Martın ortalarında iki partiyanın “Mühafizəkar Blok”u quracağı gözlənilir.
Qeyd edək ki, hökümətə Angela Merkel rəhbərlik edəcək və o, koalisiyada yer alacaq nazirləri əvvəlcədən müəyyənləşdirib.