ALMANİYADA “ƏRDOĞAN GƏLMƏSİN” MÜNAQİŞƏSİ

ALMANİYADA “ƏRDOĞAN GƏLMƏSİN” MÜNAQİŞƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğanın Həmas və İsraillə bağlı açıqlamaları Almaniyada müzakirələrə səbəb olub.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, Ərdoğanın noyabrın ortalarında baş tutması gözlənilən səfərinin ləğv edilməsi xahiş olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ı terror təşkilatı deyil, mücahid qruplaşması kimi təsvir etməsi və İsraili “müharibə cinayətləri törətməkdə” ittiham etməsi noyabrda Almaniyaya planlaşdırdığı səfərdə müzakirələrə səbəb olub.

Almaniya kansleri Olaf Şolzun rəhbərlik etdiyi üçlü koalisiyanın ortağı Azad Demokrat Partiyasının (FDP) baş katibi Bijan Djir-Sarai “Ərdoğanın nifrət dolu çıxışı İsrail və terror təşkilatı Həmasla “Onun həmrəyliyi dözülməzdir” deyib.

Eyni partiyadan olan Bundestaqın Müdafiə Komissiyasının sədri Mari Agnes Strak-Zimmermann isə fərqli fikirdədir.

Strack-Zimmermann, “Ərdoğanın açıqlamaları və sanki orta əsrlərdə yaşayırıqmış kimi insanları inanc savaşına çağırması qorxuncdur, eyni zamanda dialoqda qalmaq da çox vacibdir”, – deyib.