Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.
Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.
Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.
Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.