Almaniya Ukraynanın müdafiəsini gücləndirəcək – Şolts

Almaniya Ukraynanın müdafiəsini gücləndirəcək – Şolts

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniya kansleri Olaf Şolts Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün çağırış edib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Şolts bunu Berlində keçirilən “2024-cü ildə Ukraynanın bərpası Konfransı”nda çıxışı zamanı deyib.
O, Ukrayna ordusunun təcili olaraq hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynaya “Patriot”la yanaşı, IRIS-T hava hücumunda müdafiə sistemləri ilə də çatdırlacaq.
Bundan başqa Almaniya “Gepard” zenit tanklarını qarşıdakı həftələrdə Ukraynaya təhvil verəcək.
Almaniya ilə Ukrayna arasındakı əlaqələrin heç vaxt indiki qədər sıx olmadığına diqqət çəkən Şolts 2022-ci ilin 24 fevralından bu günə kimi müharibə üçün 26 milyard avro verdiklərini deyib. O, bundan sonra da maliyyə yardımının davam edəcəyini bildirib.
Ukraynanın yenidən qurulması və modernləşdirilməsi üçün böyük investisiyalar tələb olunacağını bildirən Şolts deyib ki, Dünya Bankı qarşıdakı on ildə təxminən 500 milyard ABŞ dolları sərmayə qoyulacağını gözləyir.